putin 1

Vladimir Putin, İlham Əliyev və Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasından narahatdır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.

O bildirib ki, Xəzərin dayazlaşması tərəflər arasında müzakirə edilib.

“Azərbaycanda keçirilən görüşlərdə Prezident İlham Əliyev bu barədə danışdı. İndi Qazaxıstanda Qasım-Jomart Tokayev də bununla bağlı məsələ qaldırır. Xəzərin dayazlaşması hamını narahat edir. Bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, – Putin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: