Kurskla bağlı planlar: Rusiyada hazırlıq gedir

Kurskla bağlı planlar: Rusiyada hazırlıq gedir

“Kursk vilayətinin Sudja şəhərində ərazilərin Ukrayna ordusundan azad edilməsinə həsr olunmuş muzey yaratmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bu təkliflə vilayətin birinci vitse-qubernatoru vəzifəsini icra edən Aleksandr Çepik çıxış edib.

“Sudja bizim Stalinqradımızdır, orada öz muzeyimizi yaratmalıyıq”, – Çepik bildirib.

O, Mədəniyyət Nazirliyinə Kursk vilayətinin tam azad edilməsindən sonra gələcək muzey üçün materiallar hazırlamağı tövsiyə edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində son olaraq Malaya Loknya, Çerkasskoye Poreçnoye və Kositsanın azad edildiyini açıqlayıb.

Günay Rəsulqızı
Globalinfo.az