Cənubi Koreyanın impiçment edilmiş prezidenti Yun Sok Yol azadlığa buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, məhkəmə onun həbsdən azad edilməsi barədə qərar çıxarıb.
Xatırladaq ki, Y.S.Yol ötən il dekabrın 3-də hərbi vəziyyət fərmanı verdiyi üçün üsyanda ittiham olunaraq həbs edilmişdi.














