Azərbaycanda xarici valyutada depozit faizlərində kəskin artımlar banka əmanət qoymaq istəyən vətəndaşlar arasında fikir ayrılığına səbəb olub.
Bankda pulu hansı valyuta ilə saxlamaq məsləhətdir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, əgər yığım üçün nəzərdə tutulmuş pul vahidi varsa, vətəndaşların bunu üçlü səbətdə saxlaması daha məntiqlidir:
“Yəni vəsaiti üç yerə bölüb, 1/3-ni manat, 1/3-ni dollar, 1/3-ni avro ilə saxlamaq daha məntiqlidir. Çünki avro və dollar arasında mənzənnələrdə dəyişiklik olanda biri ucuzlaşırsa, digəri bahalaşır. Burada itki olmur. Manatla saxlamağın da önəmi odur ki, təcili xərclər lazım olanda yenidən valyutanı xırdalamağa ehtiyac qalmır. Ona görə də üçlü səbət prinsipi ən məntiqli prinsipdir”.
Zaira Akifqızı
Globalinfo.az