Azərbaycan Prezidenti Bəhreyn Kralına məktub ünvanlayıb

Azərbaycan Prezidenti Bəhreyn Kralına məktub ünvanlayıb

Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevdən məktub alıb.

Globalinfo.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Bəhreyn KİV-i məlumat yayıb.

Azərbaycanın Bəhreyndəki səfiri Şahin Abdullayev monarxa ünvanlanmış məktubu bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyaniyə təqdim edib.

Bildirilib ki, məktub Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərə aiddir.

Görüş zamanı tərəflər həmçinin əməkdaşlığın mövcud səviyyəsini və genişləndirilməsi yollarını müzakirə ediblər.