Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev azadlığa çıxmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Globalinfo.az müraciəti təqdim edir:
“Hörmətli cənab Prezident İlham Əliyev,
Cənab Prezident, yazaraq Sizdən xahiş edirəm ki, anamın və özümün sağlamlığımda yaranmış ciddi problemlərə görə azadlığa çıxmağım üçün humanistliyinizi göstərərək öz göstərişinizi verəsiniz.
Hörmətlə, Hüseyn Abdullayev
12.02.2025, Azərbaycan.”
Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ilin aprel ayında İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həbs müddətinin bitməsinə bir neçə ay qalmış onun barəsində yenidən cinayət işi açıldı və hazırda məhkəməsi davam edir.