Somalidə İslam dövlətinə zərbə endirmək əmrini Donald Tramp verib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti özünün sosial media hesabında yazıb.
O, Somalidə hücumları planlayan yüksəkrütbəli şəxsə və təşkilatın digər üzvlərinə qarşı hava hücumu həyata keçirmək barədə əmr verdiyini etiraf edib.
“Mağaralarda gizləndiyini öyrəndiyimiz qatillər ABŞ və müttəfiqləri üçün təhdid idi. Həmin mağaraları zərbələr endirməklə məhv etdik, dinc sakinlərə zərər vermədən terrorçuları öldürdük”, – deyə Tramp qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az














