“Ukraynada xüsusi hərbi əməliyyat bu il bitə bilər, müharibə isə çətin ki, bitsin”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Kremlevskaya Tabakerka” Teleqram kanalı Rusiya baş qərargah rəisi Valeri Gerasimovun ətrafındakı mənbəyə istinadən yayıb.
“Hazırda döyüş fəaliyyətlərinin bu il bitəcəyinə dair heç bir əsas yoxdur. Düzdür, hər şey daha qlobal səviyyəyə də çıxa bilər. O zaman bu xüsusi əməliyyat olmayacaq. Ona görə də xüsusi hərbi əməliyyat bu il bitə bilər, amma müharibə çətin ki bitsin”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən 6 ay sonra Ukrayna müharibəsini bitirəcəyini bildirib. Trampın gəlişi ərəfəsində artıq Rusiyaya ən ağır sanksiyalar tətbiq edilməyə başlanıb. Bununla belə, Moskvanın baş verənlərə nə qədər tab gətirəcəyi hələlik bilinmir.
Əliyar Xəlil
Globalinfo.az