tramp

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri Dördtərəfli Təhlükəsizlik Dialoqu çərçivəsində yanvarın 21-də Vaşinqtonda görüş keçirməyə razılaşırlar.

APA xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, görüş yanvarın 20-də Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən sonraya təsadüf edəcək.

Paylaş: