
Kursk vilayətində Rusiya Hava Desant Qüvvələrinin hərbi qulluqçuları vərəqələrin köməyi ilə Ukrayna Silahlı Qüvvələrini təslim olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS nəşri məlumat yayıb.
“Artilleriya zərbələri və sonrakı hücumdan əvvəl döyüşçülər Ukrayna ordusuna könüllü olaraq silahı yerə qoymağa və təslim olmağa çağıran təbliğat vərəqələri atıblar. Bunun üçün dronlardan istifadə ediblər.
Bu cür taktikalardan mütəmadi istifadə olunur və bir çox hərbi qulluqçular çağırışlara cavab verir”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az