“Nə qədər ki, Nikol Paşinyan hakimiyyətdədir, biz həmişə müharibə və məğlubiyyət təhlükəsi ilə üzləşəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu “Ana Ermənistan” alyansının lideri Andranik Tevanyan deyib.
“Biz Zəngəzuru itirəcəyik. Bundan sonra anti-Rusiya addıımlarının davamı olaraq KTMT-dən çıxacağıq və Moskva ilə münasibətləri kəsəcəyik. Eyni zamanda Paşinyanın Aİ-yə daxil olması ilə bağlı bəyanatları saxtadır və gündəm yaratmağa yönəlib. Çünki Aİ üzvlüyünə yeni dövlətləri qəbul etsəydi, bunlar Gürcüstan, Moldova və Ukrayna olacaqdı. Kollektiv Qərb öz qarşısına postsovet məkanında Rusiyaya qarşı istifadə oluna biləcək sistem yaratmaq vəzifəsini qoyub”, – deyə Tevanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az