Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
***12:05
“Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi başlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan və ölkənin xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında açıqlayıblar.
Paşinyan bunun konkret İrəvanın Aİ-yə üzvlüyü kimi başa düşülməməli olduğunu bildirib:
“Hökumət ittifaqa üzvlük prosesinin başlaması üçün parlamentə təqdim olunan qanun layihəsinə etiraz etmir. Lakin bunun hansı mənaya gəldiyini izah etmək istəyirəm. Layihənin təqdimatı, konkret Aİ-yə üzv olacağımız mənasına gəlmir. Çünki o məsələ ilə bağlı qərarın qəbulu təqdim edilən qanun və hökumətin razılığı səviyyəsində qəbul edilə bilməz. Yalnız referendum yolu ilə mümkündür. Sadəcə referendum təşkil edildiyi və ictimaiyyət “hə” cavabını verdiyi zaman bu, baş tuta bilər”.
“Ümumilikdə qərarın qəbulu və referendumun keçirilməsinə qədər bizim məsələ ilə bağlı ətraflı təsəvvürümüz olmalıdır. Anladığım budur ki, Ermənistan parlamentində qanun qəbul edildikdən sonra Avropa İttifaqı ilə onların onların və bizim uyğun bildiyimiz yol xəritəsi üzərində müzakirə aparmalıyıq”, – Paşinyan qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az