Tramp Putinlə görüşü gözləyir

Tramp Putinlə görüşü gözləyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə görüş keçirmək fürsətini gözlədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini dediyini vurğulayıb.

Tramp Rusiya-Ukrayna münaqişəsini “dəhşət” adlandırıb və təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu müharibə baş verməzdi.