“ABŞ-la vacib razılaşma imzalayacağıq” – Zelenski

Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır. Sənəd ABŞ Konqresində Ukraynaya yardımın nəzərdən keçirilməsi tamamlandıqdan sonra imzalana bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bizim artıq 9 müqaviləmiz var, Konqresdə Ukraynaya yardıma dair qərar qəbul edildikdən sonra biz Birləşmiş Ştatlarla bu vacib razılaşmaya gələcəyik”, – deyə Zelenski əlavə edib.

Onun sözlərinə görə, bu, təkcə ABŞ-ın Ukraynaya hərbi dəstəyinə aid deyil, həm də humanitar aspektlərə, yenidənqurma, maliyyə dəstəyi və enerjiyə təsir göstərir.