HTŞ lideri Əbu Məhəmməd əl-Colaninin başına qoyulan pul mükafatı aradan qaldırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Colani haqqında məlumat verənlər üçün təklif edilən 10 milyon dollar mükafat ləğv edilib.
“Əhməd Əl-Şaraa ilə yaxşı və hərtərəfli görüş keçirdik”, – deyə Dövlət Departamentinin bəyanatında vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az