Böhran dərinləşir: Makrondan Şoltsa ağır ifadələr

Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsu tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayaıb.

Fransa lideri hesab edir ki, alman həmkarında “cəsarət və ambisiya yoxdur”. Üstəlik, Makron Şoltsu “düşünə bilməyən lider” kimi xarakterizə edib.

“Bloomberg”in məlumatına görə, iki lider arasındakı fikir ayrılıqları Ukraynadakı münaqişənin gedişinə təsir göstərə bilər.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Qərb ölkələrinin Ukraynaya qoşun göndərməsi məsələsi müzakirə olunur. Hələlik bu mövzuda konsensus əldə edilməsə də, gələcəkdə belə bir ssenarinin gerçəkləşəcəyi istisna olunmur. Lakin Almaniya Ukraynaya qoşun göndərməyi planlaşdırmır.

Əliyar Xəlil
Globalinfo.az