1731689000 5312135093973803799

15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra dövlət və təşkilat rəsmiləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə COP29 sədrliyimiz müzakirə olunub. Zuyev COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

***

Ceyhun Bayramov daha sonra NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.

Görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunub.

C. Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.

***

Bundan başqa C. Bayramov Maldiv Respublikasının xarici işlər naziri Abdulla Xəlil ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Maldiv arasında bir sıra, o cümlədən iqtisadi, investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsinin icraçı direktoru Qada Vali ilə görüşüb.

Görüşdə transmilli cinayətkarlıq, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməkdaşlıq məsələləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

***

67377fbf050e167377fbf050e2173169043167377fbf050df67377fbf050e0

15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran, habelə COP29 sədrliyimizdən irəli gələn məsələlər, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov COP29-a hazırlıq işləri barədə ətraflı məlumat verərək, bu çərçivədə BMT ilə sıx əməkdaşlığın əsas prioritetlərimizdən biri olduğunu diqqətə çatdırıb.

COP29 çərçivəsində aparılan danışıqlar prosesindən bəhs olunub, əldə edilən uğurların, habelə COP29 çərçivəsində təşkil olunan digər yüksək səviyyəli tədbirlər zamanı gedən aktiv müzakirələrin iqlim fəaliyyətinə töhfə olacağına dair inam ifadə olunub.

Ölkəmizin milli səviyyədə yaşıl enerji və inkişaf təşəbbüsləri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində yaşıl texnologiyaların geniş tətbiq edildiyi qeyd olunub. Ölkəmizin bölgədəki bərpa və quruculuq səylərinə əsas hədələrdən birinin davam edən mina təhdidinin olduğu, vətəndaşlarımızın həyat və sağlamlığını təhdid edən mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Qarşı tərəf Azərbaycanın COP29-un təşkil edilməsi zamanı məhz BMT ilə yaxından əməkdaşlıq yanaşmasını tətbiq etməsinin təqdirəlayiq olduğunu və sessiyanın yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb, sədrlik fəaliyyətində ölkəmizə uğurlar arzu edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

67377f102c49f67377f102c4a0173169025567377f102c49a67377f102c49d

15 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib Ölkələri Birliyinin (CARICOM) baş katibi Karla Barnet ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycan və CARICOM arasında əməkdaşlıq perspektivləri, habelə ölkəmizin COP29 sədrliyi çərçivəsində həyata keçirilə biləcək təşəbbüslər müzakirə olunub.

Nazir Ceyhun Bayramov CARICOM tərəfindən ölkəmizə ilk səfərin Azərbaycanın Birliklə əməkdaşlığının inkişaf etdirilməsi üçün yaxşı fürsət olduğunu qeyd edərək, əməkdaşlıq üçün mövcud imkanların müzakirəsi baxımından bu kimi təmasların artırılmasının vacibliyini diqqətə çatdırıb.

Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən 20 kiçik ada dövləti daxil olmaqla, ümumilikdə 80-dən artıq ölkəyə humanitar yardım göstərildiyi, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin də olduğu qeyd edilib.

Azərbaycan və CARICOM-a üzv dövlətlər, habelə xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın, ölkəmiz tərəfindən həyata keçirilən təqaüd proqramlarının əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycanın COP29 sədrliyi, əsas prioritet və istiqamətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin təşəbbüslərinə, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsinə göstərilən dəstəyə görə CARICOM-a təşəkkür edib, sədrliyimiz dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha yaxından əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.

Baş katib Karla Barnet COP29 sədrliyinin kifayət qədər mürəkkəb və məsuliyyət tələb edən platforma olmasına baxmayaraq, ölkəmiz tərəfindən sessiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və bu münasibətlə ölkəmizi təbrik edib, sədrlik dövründə uğurlar arzu edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

204038afc5eb14ea20833451ee3c85d4

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Asad Xan ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) X hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan-İƏT əməkdaşlığı, eləcə də Azərbaycanın COP29 Sədrliyi dövründə əməkdaşlıq perspektivləri müzakirə edilib.

1731689025 5312135093973803661  1731689001 5312206343186277487

Paylaş: