Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayış zamanı xəsarət alanlar var.
Globalinfo.az xəbər verir ki, 12 nəfərin yaralandığı bildirilib.
***15:11
Türkiyənin İzmit şəhərində, körfəzdə yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayış baş verib.
Globalinfo.az bildirir ki, partlayışdan sonra ərazidə sirenlər səslənməyə başlayıb.
Partlayışın TÜPRAŞ-ın Kocaeli-Gölcük obyektlərində olduğu bildirilir.