Ermənistan xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən iclasında qəbul edilmiş iki bəyanatı imzalamaqdan imtina edib. İrəvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının dosenti Qriqor Balasanyan hesab edir ki, bu qərar Qərb tərəfindən qoyulub.

Globalinfo.az xəbər verir ki, Ermənistanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilmiş bəyanatları dəstəkləməkdən imtina etməsi onun etibarlı tərəfdaş kimi reputasiyasına mənfi təsir göstərə və uzunmüddətli öhdəlikləri yerinə yetirməyə hazır olduğuna şübhə altına ala bilər.

Balasanyan Avrasiya məkanında təhlükəsizlik anlayışının iqtisadi və ərzaq təhlükəsizliyini də əhatə etdiyinə diqqət çəkib.

“Bu kontekstdə Ermənistanın sənədləri imzalamaqdan imtina etməsi onun digər Avrasiya təşəbbüslərində, məsələn, BRİKS sammitində iştirakının məqsədəuyğunluğunu şübhə altına alır. Vəziyyət iki mümkün səbəblə izah etmək olar. Birincisi, Ermənistan rəhbərliyi daxilində baş nazir və xarici işlər nazirinin müxtəlif mövqelərdə olması ilə bağlı fikir ayrılıqlarıdır. İkincisi, Ermənistanın Qərbə müstəqil xarici siyasətini və qərar qəbul etmək bacarığını nümayiş etdirməyə yönəlmiş şüurlu addımıdır. Ancaq ikinci variant daha məqsədəuyğundur. Belə ki, qərarı xarici amillər, ilk növbədə Qərbin təzyiqləri diktə edib. Çox güman ki, Ermənistana nə vaxtsa sənədlərə imza atmamaq məsləhət görülüb. Halbuki, Ermənistan Xarici İşlər Nazirliyi sənədlərin məzmunu barədə əvvəlcədən məlumatlandırılıb. Çünki belə dövlətlərarası layihələr həmişə əvvəlcədən təsdiq üçün göndərilir. Mən əminəm ki, bu sənədlər Ermənistana səfərlərdən xeyli əvvəl gəlib çatıb”, – deyə Balasanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: