pasinyan

“Ermənistan üçün kiçik atom elektrik stansiyası (AES) artıq kifayət etməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Hazırda İrəvan yeni AES-in tikintisi ilə bağlı təklifləri nəzərdən keçirir. Seçim Rusiya, Cənubi Koreya və Fransa tərəfindən təqdim olunan təkliflər arasındadır”, – o bildirib.

Qeyd edək ki, Ermənistan AES-i Cənubi Qafqazda fəaliyyət göstərən yeganə atom elektrik stansiyasıdır və ölkənin elektrik enerjisinin təxminən 30 faizini istehsal edir.

Stansiya İrəvandan 30 kilometr qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir.

Sovet dövründə inşa edilən AES-in modernləşdirilməsi və texniki xidməti hazırda “Rosatom” tərəfindən həyata keçirilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: