Ermənistanın baş naziri Nikol Paşinyan fransalı həmkarı Mişel Barnye ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, Paşinyan görüşdən videogörüntüləri öz Facebook səhifəsində yayımlayıb.
Görüş Parisin Matinyon sarayında baş tutub.
Fransanın baş naziri qeyd edib ki, onun Ermənistan və erməni xalqı ilə xüsusi münasibəti var və bundan sonra da ikitərəfli münasibətlərin daim möhkəmlənməsinə töhfə verməyə hazırdır.
regionlar arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün mərkəzləşdirilməmiş əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğuladılar.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı aparılan müzakirələri, eləcə də Cənubi Qafqaz regionunda gedən proseslərə toxunublar.
Xatırladaq ki, Ermənistanın baş naziri oktyabrın 3-dən 5-dək Fransada işgüzar səfərdə olacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az