“Ukrayna Qərblə Rusiyaya ərazi güzəştləri barədə danışmağa başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Financial Times” çıxış edib.
Nəşrin məlumatına görə, sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasına qatılan avropalı diplomatlar nizamlanmanın mümkünlüyü ətrafında “müzakirələrin tonunda və məzmununda nəzərəçarpacaq dəyişiklikləri” qeyd ediblər.
Qərb diplomatlarının sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa ABŞ-da həmkarları ilə görüşlər zamanı “potensial kompromis həll yollarını” müzakirə edib. Belə ki, o, təhlükəsizlik üçün ərazi ilə bağlı danışıqların mümkünlüyü haqda daha praqmatik mövqe tutub. Hansı konkret həll variantlarının müzakirə edildiyi açıqlanmayıb.
Safura Bənnayeva
Globalinfo.az