WhatsApp Image 2024 03 04 at 14.52.43

Ermənistan hökuməti 2025-ci il dövlət büdcəsi layihəsini parlamentə təqdim edib.

Globalinfo.az xəbər verir ki, yeni büdcə layihəsində ölkənin hərbi xərclərinin 20% artırılması nəzərdə tutulub.

Beləliklə 2025-ci ildə Ermənistanın hərbi xərcləri 664 milyard dram, yəni 1,7 milyard dollar təşkil edəcək.

Büdcə layihəsində ayrılacaq vəsaitin böyük hissəsinin ordunun saxlanması, hərbi texnika alınması, nəqliyyat xərcləri və s. istiqamətlərdə sərf olunacağı bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: