erdogan yeni

“Azərbaycanla Ermənistan daimi sülh və sabitliyin formalaşmasına birlikdə nail ola bilərlər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin müxtəlif regionlarda sabitliyin əldə olunmasına aktiv dəstək göstərdiyini bildirib:

“Cənubi Qafqazda sülh üçün daimi fürsət yaranıb. Azərbaycan və Ermənistan bundan birgə yararlana bilərlər.

Həmçinin Balkanlarda yürütdüyümüz konstruktiv diplomatiya, Yaxın Şərqdə sülh və sabitliyin olması istiqamətində təşəbbüslərimiz sayəsində bu regionlarda Ankaranın rolu güclənib. Eyni zamanda qonşularımız Suriya və İraqın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: