1745835921 1745393382 pezeskian

İran Prezidenti Məsud Pezeşkian ölkənin sabiq ali rəhbəri Əli Xameneinin ABŞİsrail hücumları nəticəsində öldürülməsi ilə bağlı xalqa başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Pezeşkian Xameneinin ölümünü İslam dünyasının ən böyük bəlası adlandırıb:

“İslam millətinin böyük sərkərdəsi, İslam İnqilabının ali lideri Əli Xameneinin dünyanın ən pis caniləri tərəfindən qətlə yetirilməsi böyük kədər və təəssüf hissi ilə qarşılanır.

İranın ən yüksək siyasi rəsmisinin və şiə dünyasının görkəmli liderinin və nüfuzlu şəxsinin xəbis Amerika-sionist ittifaqı tərəfindən öldürülməsi dünyanın hər yerində müsəlmanlara, xüsusən də şiələrə qarşı açıq müharibə elanı hesab olunur”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: