“Ermənistan Sünikdə (Zəngəzur) Azərbaycanı Naxçıvanla birləşdirəcək infrastrukturun tikintisinə başlamayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək. Yəni İrəvan bu təkliflə razılaşıb.
“Artıq 2 ildir ki, Ermənistan hökumətinin gündəmində bu məsələləri həll etmək üçün layihə var. Amma hələ yekun razılaşma olmadığından, İrəvan əlavə xərcə düşmək istəmir”.
Paşinyan nəqliyyat sisteminə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd orqanlarının həyata keçirəcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib.
“Harada yazılıb ki, Rusiya sərhədçiləri kommunikasiya qovşaqlarında xidmət aparmalıdırlar?. Rusiya sərhədçilərinin orada olub-olmayacağı ilə bağlı qərarı Ermənistan verəcək. Bu gün rus sərhədçilərinin həmin ərazilərdə olmas ilə bağlı qərar vermiş ola bilərik, amma sabah qərarımızı dəyişdirməyimiz mümkündür”, – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az