“Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə Polşa klubu yaxından maraqlanır.
Globalinfo.az Offsideplus.az-a istinadən xəbər verir ki, “Poqon” klubu 20 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Şetsin təmsilçisi qış transfer pəncərəsində Musanın keçidini reallaşdırmaq istəyir.
“Qarabağ” qış hazırlığı çərçivəsində yanvarın 13-də Polşanın “Poqon” komandası ilə yoxlama matçına çıxacaq.
Qeyd edək ki, Musa Qurbanlı cari mövsüm Premyer Liqada 11 qola imza atıb.