“Ukrayna Kursk vilayətinə hücum etməklə öz məğlubiyyətini sürətləndirdi”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı politoloq Con Mearşeimer deyib.
“Ukraynalıların Kursk vilayətini işğal etməsi çılğınlıq idi. Düşünürəm ki, bu, onların məğlubiyyətini sürətləndirəcək. Həmçinin, Ukrayna komandanlığı strateji cəhbə olan Donbassdan öz rezerv qüvvələrini çıxarmaqla vəziyyəti daha da pisləşdirib”, – deyə amerikalı politoloq vurğulayıb.
Xatırladaq ki, daha öncə Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor Ukrayna qoşunlarının Kursk vilayətində ümidsiz vəziyyətdə olduğunu bildirmişdi.
Müşviq Tofiqoğlu
Globalinfo.az