9fee825b 2931 4a62 b5fa fb64b908615f

Daşnaksütyun Partiyası növbəti anti-Azərbaycan xarakterli tədbirə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Partiyanın keçmiş qondarma rejimin “müstəqillik günü”nü keçirməyi planlaşdırdığı bildirilir. Lakin daşnaklar tədbir üçün məkan tapa bilmirlər.

Mərasimin keçirilməsi üçün bir neçə məkanla razılıq olsa da, sonradan rezervasiya obyekt sahibləri tərəfindən ləğv edilib.

Qeyd edək ki, Ermənistan rəhbərliyi son bir ildə keçmiş separatçı rejimin nümayəndələrinin ölkədə aktiv tədbirlər keçirməsinə əngəl yaradır. Baş nazir Nikol Paşinyan administrasiyası separatçılardan İrəvandakı “rəsmi qurumların” ləğvini də tələb edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: