Böyük Britaniyanın Baş naziri Kir Starmer avqustun 27-də ölkədəki cari vəziyyətlə bağlı geniş məzmunlu çıxış edəcək.
Globalinfo.az xəbər verir ki, Baş nazirin nitqinin əsas məqamları bu çıxışdan öncə mediada paylaşılıb.
K.Starmer Böyük Britaniyada həyat şəraitinin daha da pisləşəcəyini bildirib.
Məlumata görə, o, Mühafizəkarlar Partiyasından ölkəyə iqtisadi və cəmiyyətlə bağlı ciddi problemlərin miras qaldığını deyəcək. Baş nazir bu çətinlikləri aradan qaldırmaq üçün təcili tədbirlər görmək və ənənəvi yanaşmalardan kənara çıxmağın zəruri olduğunu qeyd edəcək.