Mask Durova belə dəstək oldu

Mask Durova belə dəstək oldu

Amerikalı milyarder İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan Teleqramın təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, Teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılmışdı.