566c833bcf850562cd9125d0f8514cc6

“Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu itkilərin miqyasına görə Kiyev üçün faciə olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Ças Friman deyib.

Onun sözlərinə görə, rus qoşunları öz qüvvələrini cəmləşdirə və Ukrayna hərbçilərini məhv edə bilər.

“Düşünürəm ki, bu hücum Ukrayna üçün faciəvi şəkildə başa çatacaq. Çünki bu, ölümcül səhvə bərabər bir addımdır. Kiyev yayda başlayan əks-hücumun uğursuzluğundan sonra döyüşçülərin əhval-ruhiyyəsini qaldırmağa çalışırdı. Bundan əlavə, Ukrayna hakimiyyətinin məqsədi Rusiya Silahlı Qüvvələrini Donbassdakı hücumdan yayındırmağa çalışmaqdır”, – deyə Friman vurğulayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson da Rusiya hərbçilərinin Kurskdakı Ukrayna bölmələrini parçaladığını və onları koordinasiyalı fəaliyyət imkanından məhrum etdiyini bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: