920352da 7b89 390f 87d6 9deba641f6cb 850

Son 48 saat ərzində Livandan İsrail ərazisinə 180-dən çox raket və pilotsuz uçuş aparatı (PUA) atılıb, nəticədə bir israilli yaralanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.

“Dünən (20 avqust) 130-dan çox, bu gün (21 avqust) isə 50-dən çox raket və PUA atılıb”, – agentliyin müsahibi bildirib.

“Onların bir çoxu hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, bəziləri İsrailin yaşayış məntəqələrinə düşərək yanğınlara səbəb olub, bir israilli bu gün orta dərəcəli xəsarət alıb”, – o qeyd edib.

Ordunun mətbuat xidmətinin nümayəndəsi xatırladıb ki, İsrailin şimalındakı bir çox yaşayış məntəqələrinin sakinləri 10 ay bundan əvvəl təxliyə ediliblər.

Paylaş: