Globalinfo.az xəbər verir ki, bu fikirlər “Sputnik Ermənistan”ın analitik yazarı Aleksandr Xrolenkonun Rusiya-Ukrayna müharibəsi və son baş verən proseslərlə bağlı hazırladığı məqalədə yer alıb.
Müəllif Qərb mediasının Ukrayna cəbhəsində son baş verən proseslərə münasibətinə diqqət cəkib.
“The Washington Post” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində həyata keçirdiyi əməliyyatın məqsədi gələcək danışıqlarda Moskva ilə sövdələşmə üçün baza yaratmaqdır. Bununla belə, Rusiyanın əməliyyat vəziyyətini və planlarını “Bild” nəşri daha dəqiq əks etdirib: “Qisas əməliyyatı yeni başlayır və üstəlik, Ukrayna Silahlı Qüvvələri üçün Donbassda fəlakətli vəziyyət yaranır. Həqiqətən, rus qoşunları şərq cəbhəsində hücumu nəzərəçarpacaq dərəcədə sürətləndiriblər. Onlar Novqorodskoye şəhərini (Nyu-York) azad ediblər, Toretskə daxil olublar və Pokrovskdan cəmi yeddi kilometr aralıda yerləşiblər”.
Kursk macərası fonunda Fransanın “LCI” telekanalı “Kutuzov nəzəriyyəsini” xatırladaraq Ukrayna Silahlı Qüvvələrinin itkilərinin artacağını və Kiyev rejiminin planlarının iflasa uğrayacağını proqnozlaşdırıb. Telekanal bildirib ki, Qərb yeni irimiqyaslı silah və texnika təchizatına hazır deyil.
Amerikanın “The Hill” qəzeti yazır: “Ukraynanın Kurska hücumu böyük strateji səhv, ehtiyatsız oyun və ikinci dərəcəli aktyora layiq çarəsiz kaskadyorluqdur. Rusiya böyük arsenala və nüvə potensialına malik nəhəng hərbi güc olaraq qalır. Buna görə də, Zelenskinin qərarı böyük nəticələrə səbəb ola biləcək faciəvi səhvdir”.
“Həqiqətən də NATO-nun etibarlı qoşunlarının Rusiyaya yeridilməsi, körpülərin dağıdılması, Kursk bölgəsində dinc sakinlərə “divan tutulması” münaqişənin genişlənməsinə, digər ölkələrin cəlb prosesə olunmasına və qlobal nüvə müharibəsinə aparan yoldur. Ola bilsin ki, Kiyevin əməliyyatının əsl məqsədi Kremlin bütün “qırmızı xətləri”nin aradan qaldırılmasıdır. Alyans daim üstünlüyünü artıran Rusiya ilə münaqişədə mövcudluğunun sonuna doğru manevrlə irəliləyir. Təəssüf ki, Vaşinqton ciddi şəkildə dünyanı idarə etməyi düşünür. Bu, əslində prezident Co Baydenin və ABŞ-ın digər namizədlərinin proqramıdır. Amerika planlarının necə həyata keçirildiyini bu gün Ukraynada görmək olar. Rusiya bəlkə də bütün dünya üçün parazit “hegemonluqdan” xilas üçün yeganə ümid olaraq qalır”, – deyə analitik vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az