Ukrayna tərəfinin Prezident Vladimir Putinin dövlət iqamətgahına hücumuna cavabımız diplomatik olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qoy Kiyevin heç bir ümidi olmasın”, – o bildirib.

Qeyd edək ki, dekabrın 29-da Ukrayna qüvvələri Putinin Novqorod vilayətindəki iqamətgahına zərbə endirməyə cəhd edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə vasitələri 91 pilotsuz uçuş aparatını (PUA) vurub. Vəziyyəti şərh edən Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Kiyevin hərəkətləri Moskva tərəfindən cavabsız qalmayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: