“Gün ərzində Ukrayna ordusu Kurskda 2 kilometr də irəliləyərək 100-dən çox rus əsgərini əsir götürüb”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski ilə əməliyyatın gedişatı ilə bağlı müzakirə apardığını bildirib:
“Baş komandana tərəfdaşlarımızın göndərdikləri yardım paketlərinin sürətlə istiamətləndirilməsi və paylaşımını tapşırdım. Kurskda fərqli istiqamətlərdə irəliləyirik. Çox sayda rus əsgəri ələ keçirilib. Əməliyyatda iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Bu, oğlan və qızlarımızın evə dönüş prosesini sürətləndirəcək”.
Qeyd edək ki, Rusiyanın bəzi istiqamətlərdən qoşunlarını geri çəkərək Kurska yönləndirdiyi bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














