Ağır qəza: ölən və yaralananlar var – FOTO

Ağır qəza: ölən və yaralananlar var - FOTO

Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VGV U75 Plus” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.