“Ukrayna Kursk vilayətinə danışıqlarda mövqeyini gücləndirmək üçün hücum edib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Rusiya ərazisinə hücum danışıqlara müsbət təsir etməklə bərabər, rusları qorxudacaq və onların Putinə münasibətini pisləşdirəcək:
“Nəhayət, anlamaq lazımdır. Rusiya istənilən kompromisi zəiflik və dizüstə düşmək kimi anlayır. Masa arxasında onları sıxıb nəsə almaq lazımdır”.
Əliyar Xəlil
Globalinfo.az