wr 960 26

“Vaqner” döyüçüləri Rusiyaya qayıdırlar, onlar Ukrayna ordusu ilə mübarizə aparmaq üçün Kurska göndəriləcəklər”.

Globalinfo.az xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Yeqor Quzenko məlumat yayıb.

Müxbir vaqnerçilərin artıq Kurska doğru hərəkətə başladığını deyib.

Y.Quzenkonun Teleqram kanalında yayımladığı videoda muzdlular döyüşə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Ukrayna ordusu Kurskda bir neçə kəndi ələ keçirib. “Vaqner”in Kurskdakı kəndlər uğrunda döyüşə girməsindən sonra müharibənin daha amansız mərhələyə qədəm qoyacağı deyilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: