koc 0

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

Globalinfo.az xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu gün Şuşadan olan, ölkənin müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) – keçmiş məcburi köçkünlər doğma şəhərə yola salınıb.

Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə (147 ailə) çatıb.

***08:56

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb.

Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub.

Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır.

Qeyd edək ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO

Paylaş: