“Ermənistan Zəngəzur dəhlizini Azərbaycana verib”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Hər şey Ermənistan üzərindən kommunikasiyalar ətrafında dönür. Lakin nə XİN, nə də Müdafiə Nazirliyi Bakı və Ankaradan səslənənlərə cavab verir. Ermənistanda bir nəfər belə Qagik Melkonyanın (Paşinyanın partiyasından olan deputat demişdi ki, ABŞ Ermənistanı Qara dənizə çıxış üçün istifadə edəcək – red.) Zəngəzur dəhlizi ilə bağlı son dediklərini təkzib etmir.
Bütün bunlar o deməkdir ki, Zəngəzur dəhlizi artıq verilib. Hakimiyyət sadəcə onun satılmasını leqallaşdıracaq metodlar axtarır. Bu siyasi mozaikanın son hissəsi Ermənistana Rusiya qoşunlarını Zəngəzurdan çıxarması tələbi olacaq. İrəvan indi bunu etmək gücündədir”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az