Paşinyan hakimiyyətdən salınır? – Qalstanyan barışıq hökumətinin anonsunu verdi

 

Paşinyan hakimiyyətdən salınır? - Qalstanyan barışıq hökumətinin anonsunu verdi

“Biz daha mütəşəkkil iş tələb edən ikinci mərhələyə daxil olduq”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

“Çox maraqlı hadisələr baş verir. Bütün bunlar sübut edir ki, insanlar dəyişməyə ehtiyac duyur. Bizim bu dəyişikliyin aləti olmaq imtiyazımız var. Biz təkcə partiya üzvləri ilə deyil, həm də partiyasızlar kimi formalaşmaq istəyirik”.

Arxiyepiskop atacağı addımların ardıcıllığını da təqdim edib.

“Şəri (Paşinyan – red) aradan qaldırdıqdan sonra ədalət və həqiqət prinsipinə əsaslanan barışıq hökuməti formalaşacaq ki, bu da Ermənistanı geosiyasi toqquşmalardan uzaqlaşdıracaq. Bir müddət sonra isə azad, ədalətli və şəffaf seçkilərə hazırlıq gedəcək ki, bir də hansısa din xadimi yenidən döyüş meydanına çıxmasın”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az