“Qərb Qarabağa Ermənistanın öz maraq orbitinə çəkilməsi və Qafqazda öz bazasının yaradılması işində maneə kimi baxırdı”.
Globalinfo.az xəbər verir ki, bunu rusiyalı ekspert Andrey Sidorçik deyib.
“Burada prioritet Ermənistan və Azərbaycan arasında nizamlama yox, Qərbin maraqlarının müdafiəsidir. Qarabağ Qərb tərəfindən Ermənistanın öz maraq dairəsinə cəlbi, Qafqazda öz bazasını yaratması baxımından maneə kimi görülürdü. Ona görə də bu problemin həlli üçün Qarabağdan yaxa qurtarıb, insidentə görə məsuliyyət Rusiyanın üzərinə atılmalı idi. Blinken sülh müqaviləsindən danışır, amma bu, sülh müqaviləsinin hər iki tərəfi razı salması anlamına gəlmir. Bu sülh müqaviləsi əsas Qərbi razı salmalıdır və bu özündə İrəvan üçün dövlət dəyərlər və prioritetlərinin saxlanmasını özündə ehtiva etməyəcək” – deyə o bildirib.
Rusiyalı politoloq onu da iddia edir ki, guya Ermənistanda olan Qarabağ klanın Qərb üçün sərfəli olmayıb və buna görə də Qərb Qarabağın həllinə göz yumub:
“Qarabağ, sözsüz ki, Qərb üçün maneə idi. Erməni siyasətində Qarabağ qruplaşması var idi və Qərb onu danışıqlar prosesi üçün az uyğun hesab edirdi. Qərb bu ssenarini çox dəqiqliklə reallaşdırır. Blinken sülhün bərpasından danışanda unutmaq olmaz ki, bu hər zaman Ermənistan üçün güclü tərəfin şərtləri altında sülh olacaq. Digər sözlərlə, Paşinyan hökuməti tərəfindən indiyə qədər edilən güzəştlər yekun olmayacaq. Biz mümkün ərazi və iqtisadi itkilər barədə danışa bilərik”.
O deyir ki, Qərbin hazırda əsas məqsədi Rusiyanı Qafqazdan çıxarıb, burada təsirini azaltmaqdır:
“Qərb öz konsepsiyasını reallaşdırmalıdır və onun tərkibində Ermənistanın milli maraqlarının qorunması əsas məsələ deyil. Biz anlamalıyıq ki, söhbər sülh razılaşmasından getmir, söhbər Rusiyanı çıxarıb, onun Qafqazda təsirini azaltmaqdan gedir. Bu isə uğurla icra edilir”.
Əliyar Xəlil
Globalinfo.az