ff5f7b13 6084 4558 9e82 e01b31426455

“ABŞ Ukraynanı “qırıcı eskadrilya” ilə təmin etməyə borcludur”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, ABŞ təhlükəsizlik razılaşmasının bir hissəsi olaraq Ukraynaya “qırıcı eskadrilya”lar verməlidir.

“Müqavilə “Patriot” və “qırıcı eskadrilyalar”la yanaşı “F-16” ilə bağlı müddəaları da özündə ehtiva edir”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, daha öncə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, NATO və Ukrayna hərbi-texniki əməkdaşlıq üçün yol xəritəsini təsdiqləyib. Lakin təşkilatın baş katibi heç bir təfərrüat açıqlamayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: