Baydendən Navalnının ölümünə reaksiya: Putin məsuliyyət daşıyır…

ABŞ Prezidenti Co Bayden rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı xəbərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Navalnının ölümü ilə bağlı xəbərlərə təəccüblənmədiyini deyib.

“Rusiyalı siyasətçi Aleksey Navalnı həbs, yaxud ölümlə üzləşmək ehtimalını bildiyi halda işini davam etdirmək üçün Rusiyaya qayıtdı. O, istənilən halda bunu etdi. Çünki ölkəsinə dərindən inanırdı. Rusiya hakimiyyəti öz hekayələrini danışacaq. Navalnının ölümünə görə isə Putin məsuliyyət daşıyır. Navalnı ilə bağlı baş verənlər Putinin qəddarlığını bir daha təsdiq edir”, – deyə Ağ Ev rəhbəri bildirib.