Ermənistan parlamentinin sədri Alen Simonyan ABŞ səfiri Kristina Kuinni qəbul edib.

Globalinfo.az xəbər verir ki, görüş ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenin Ermənistana səfəri fonunda baş tutub.

Simonyan və Kuinn Ermənistan-Azərbaycan danışıqlarının gedişatını müzakirə ediblər.

Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyət də tərəflər arasında müzakirə mövzusu olub.

Eyni zamanda Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığına dair bir sıra məsələlərə də toxunulub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: