irevan yeni

“Ermənistan rəhbərliyi KTMT-nin cari ilin büdcəsinə ödənişdən imtina edib. Buna görə büdcəyə düzəliş olunmalıdır”.

Globalinfo.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İrəvanın təşkilatın nizamnaməsinə və KTMT-yə üzv dövlətlərin rəhbərləri tərəfindən təsdiq edilmiş digər sənədlərə uyğun olaraq maliyyə tələblərini yerinə yetirmək öhdəliyini özündə saxlamasını tələb edirik. Hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi üzərində iş gedir”, – Rusiya XİN-dən bildirilib.

Əlavə edilib ki, İrəvanın əvvəllər büdcəyə ödənişlər üzrə borcları olub. Sonra KTMT-nin maliyyələşdirilməsi problemləri ehtiyatlar hesabına həll edilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: