6c756c5d 9a3b 30ca 8808 e5d6f0ba023f.jfif

Goranboyda selin yaratdığı fəsadlar aradan qaldırılır.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, rayonun İcra Hakimiyyətinin rəhbər şəxsləri və digər qurumların əməkdaşları tərəfindən selin ziyan vurduğu bütün ərazilərə sakinlərlə birlikdə baxış keçirilib.

Elektrik enerjisi verlişi və təbii qaz təminatı bərpa olunub, yolların və sel ötürücü kanalların bərpası isə davam etdirilir.

Qeyd edək ki, sel nəticəsində 20-yə yaxın fərdi yaşayış evi və həyətə su dolub, 200 hektara yaxın əkin sahəsinə, Qazanbulaq qəsəbəsi ərazisində isə Kürəkçay çayı üzərində yeni inşa edilmiş beton körpüyə ziyan dəyib.

Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən fəsadların tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

IMG 20240609 212118 741 IMG 20240609 212118 437 IMG 20240609 212118 685 7fd82d82 fb2b 388f b89c be8157cad0c8 850.jfif 1

Paylaş: