WhatsApp Image 2023 06 08 at 12.20.04

Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq İqtisadiyyat Forumunda “Anadolu” Agentliyinin əməkdaşına deyib ki, “Lütfən, dostumuz Ərdoğana çatdırın ki, Qara dənizdə gəmiçilik sistemini qoruyan gəmilərə davamlı olaraq pilotsuz təyyarələrlə hücumlar edilir”. Putinin sözünü Ərdoğana media vasitəsilə çatdırması diqqət çəkib.

Maraqlıdır, iki lider arasında soyuq küləklər əsir?

Putin Ərdoğana sözünü niyə birbaşa deməyib?

Türkiyənin Ukraynaya PUA satması iki ölkə münasibətinə təsir edə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib ki, Putin xarici media jurnalistləri ilə görüşündə Türkiyə-Rusiya münasibətlərinə bir daha aydınlıq gətirib.

Onun sözlərinə görə, Rusiya başçısı həmin münasibətlərdə artan istiqamətdə bir sıra mesajlar verib:

“Hətta iki dövlət arasında bugünkü ticarət dövriyyəsinin 5 milyard dollara yaxın olduğunu qeyd edib. Lakin bildiyimiz kimi, Rusiya Ukraynaya hücum etdikdən sonra Türkiyə həm müstəqil dövlət, həm də NATO-nun bir üzvi olaraq Rusiyanın Ukraynaya hücumunu daima pisləyib. Bundan başqa, Ərdoğran hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Türkiyə rəhbəri, xarici işlər naziri dəfələrlə Krımın Ukraynanın ayrılmaz tərkib hissəsi olması haqda bəyanat verib”.

Politoloq deyib ki, bu gün Rusiyadan Avropaya gedən qaz kəməri həm Türkiyə, həm Rusiya, həm də Avropa dövlətləri üçün önəm kəsb edir:

“Putinin media vasitəsilə Ərdoğana verdiyi mesaj təbii haldır. Çünki dövlət başçıları bir-birlərinə mesajı media və ya xarici işlər nazirləri vasitəsilə də ötürə bilirlər. Putin bu görüşdə mesaj verdi ki, Ukraynaya satdığınız PUA gələcəkdə Ukrayna, Rusiya və Türkiyəyə məxsus qaz kəmərlərini, eləcə də enerji daşıyan gəmiləri məhv edə bilər. Putin qeyd edib ki, gələcəkdə Ukraynanın Türkiyəyə daha da təsir etməməsi və əlavə dividentlər götürməməsi üçün Rusiya həmin kəmərlərin və gəmilərin təhlükəsizliyini öz üzərinə götürməyə hazırdır.

Nəzərə almaq lazımdır ki, bütün bunlar Türkiyənin xarici işlər naziri Hakan Fidanın Türkiyənin BRİKS-ə tam hüquqlu üzv olması haqqında bəyanatından və H.Fidanın Çinə baş tutan səfərindən sonra yaşanır. Əlbəttə, hazırki vəziyyət Çinin Türkiyəyə “gəlin, BRİKS-ə daxil olun” mesajları fonunda baş verir”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: