148141 original

“Vətən naminə Tavuş” hərəkatının proseslərində müəyyən siyasi qüvvələr ədalətli iştirak etmir”.

Globalinfo.az xəbər verir ki. bunu politoloq Alen Gevondyan deyib.

O bildirib ki, 2018-ci ildə proseslər başqa səviyyədə planlaşdırılmışdı.

“Həmin vaxt hakimiyyət güclü idi. Amma həm Ermənistanda, həm də xarici dairələrdə qərara alınmışdı ki, hakimiyyət Paşinyana təhvil verilsin. Yəni hakimiyyəti təslim etmək üçün həm daxili, həm də xarici konsensus var idi. Xarici qüvvələr dedikdə bir neçə vektoru başa düşməliyik. “Vətən naminə” hərəkatı xaricdə diqqətlə izlənilsə də, indiki reallıq başqadır. Hazırki proseslər ruhanilərin hakimiyyətə gəlməsi üçün deyil, ölkənin fəlakət vəziyyətində olması ilə əlaqədardır.  Üstəlik, hakimiyyət və təhlükəsizlik qüvvələri geri çəkilmək fikrində deyil.  Paşinyan sona qədər hakimiyyətdən yapışacaq. Yalnız çox ciddi ictimai təzyiq altında danışıqlar apara bilərlər”, – deyə politoloq bildirib.

Gevondyan Ermənistanda küçə döyüşləri ilə hakimiyyəti ələ keçirməyi qeyri-mümkün hesab edib və bunun mümkün olmayacağına əmin olduğunu bildirib.

“Rusiya proseslərdən uzaqlaşıb, Qərb isə sərhədlərin delimitasiyası prosesini daim alqışlayır. Bütün bunların fonunda Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsi çətin görünür, – deyə Gevondyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: